Xalq artisti Pərvin Abıyevaya səsləndi: “Sus, cavab vermə”
Tarix: 6-06-2017, 15:27



“Bir ildir ki, Pərvin Abıyeva ilə “Bacanaqlar” teleserialında oynayırıq. Onun bir dəfə də olsun səs tonunun qalxmasını eşitməmişəm.”
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova həmkarı Pərvin Abıyevanın “1000 manatlıq” adlandırılmasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, Pərvin Abıyeva həddindən artıq tərbiyyəli bir aktrisadır:
“O, qızdan mən özümə və sənət yoldaşlarıma qarşı həmişə hörmət görmüşəm. Görmədim ki, bir dəfə məşqə geçiksin. Baxıram ki, sosial şəbəkədə onun ünvanına nə gəldi yazırlar, hətta təhqir də edirlər. Pərvin də həmin şəxslərə cavab yazıb. Dedim ki, cavab vermə, sus, susmaq lazımdır. Sən onlara cavab verdikсə hücumlar uzanacaq. Belə bir məsəl var, “yaxşı atın arxasınca toz qopar”. Çünki bu bir şoudur, bir azdan unudulub, gedəcək. Gəncdir, görünür onun cavabı kimlərisə qıcıqlandır.”
Fürənfiz Mütəllimovanın fikrincə, Pərvin Abıyevanın “vurulmasında” kimlərinsə marağı var: “Filmlərini görmüşəm. Aktrisa kimi çox dəyərlidir. Mənə də maraqlıdır ki, bu qızı niyə “vururlar”? Niyə məhz Pərvin?”. Hər şeyin günahını gərək insan özündə axtarsın. Onları da qınamaq olmaz. Sosial mediya sürətlə böyüyür. Sadəcə bir az ağıllı olub, sosial mediada hər şeyi yazmaq və paylaşmaq olmaz. Zəmanə çox dəyişib. Azad mediadır, kim nə gəldi, yazır."
Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva Pərvin Abıyevanı təhqir edib. Tunay Əliyeva “O aktrisa kimi sıfırdır. "Pərvin" deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur.”-deyə bildirib

Paylaş: