Aygünlə Faiq küsülüdür - İllərin dostluğu bitdi
Tarix: 20-06-2019, 13:15



İllərdir dostluq edən Xalq artistləri Faiq Ağayevlə Aygün Kazımovanın arasında soyuq küləklər əsir.
Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənnilər bir müddətdir küsülüdür.

Onların bir-birindən incik olduğu bu günlərdə qatıldıqları məclislərdən birində ortaya çıxıb. Dostlar əvvəlcə, eyni masada otursalar da, soyuq münasibətləri ətrafdakıların diqqətindən qaçmayıb.

Məclisin irəliləyən dəqiqələrində isə Aygün başqa masada digər həmkarları ilə əyləşib. Aygünlə Faiqin hansı səbəbdən küsməsi məlum deyil. 

Qeyd edək ki, ötən gün Ağayevin yazdığı statusda “Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özün özünə “kraliça” deyirsən, zavallı” ifadələrini işlətməsi diqqət çəkmişdi və bu sözlərin kimə ithaf olunması maraq doğurmuşdu.

Paylaş: