"Qurd" xanımından 2 il öncə ayrılıb"
Tarix: 20-06-2019, 12:19





Aparıcı-prodüser Tarix Əliyev (Tolik) idarə etdiyi verilişdə reper Qurdun şəxsi həyatı ilə bağlı sirrinin üstünü açıb. 
UlduzumSan.Az-ın məlumatına görə, Tolik efirdə bu sözləri deyib: "Bir müddət öncə Qurdu proqramıma dəvət etmişdim. O, şəxsi həyatı ilə bağlı verilişimdə etiraf etdi. Bildirdi ki, həyat yoldaşından iki il öncə ayrılıb. Amma heç kimə deməyib. Hətta verilişlərdə belə bu haqda danışaraq özünü reklam etməyib".
Qeyd edək ki, reper açıqlamalarının birində boşandığı xanımı haqda bu sözləri demişdi: "Övladlarıma çox bağlıyam. Ayrılmağım sadəcə formal xarakter daşıyır. Çünki mən yenə də uşaqlarımı görürəm, onların qayğısını çəkirəm. Hətta keçmiş həyat yoldaşımın da qayğısını çəkirəm. İnsanıq da, bəzən olur ki, cütlüklər yola getmir və demokratik yolla ayrılırlar. Şou-biznesdə ailə möhkəmliyi çox çətin məsələdir. Çünki tərəflərdən birinin qısqanclığı olur. Bu qısqanclığı sən sübuta yetirəndə belə insan beyni onu qarşılamır. Mən əgər yola getmirəmsə, sonda bu, ayrılığa gətirib çıxarır. İnsanlar bi-biri ilə dava etməkdənsə, vaxtında ayrılsalar, daha yaxşı olar”.

Paylaş: