"Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər"
Tarix: 20-06-2019, 10:53



"Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev sosial şəbəkələrdə paylaşıb.
O, tədbirə professor Şahlar Əsgərovun deyil, şoumen Murad Dadaşovun dəvət olunmasını tənqid edib:
"Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. Təhsil eksperti Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardlı) fizika- riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı təhsil dahisi Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi. Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəri Muxtarı (familiyasını bilmirəm) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi. 
Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm".

Paylaş: