"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm"
Tarix: 19-06-2019, 15:48



"Burda ne var ki o sözü zarafata demişəm, o mənim ağzımın sözüdür".

UlduzumSan.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.

O efirdə musiqiçilərə dediyi "Xod ver ə köpək oğlu" sözünün normal olduğunu iddia edib: 

"Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki, "

Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa deyib ki, o söz təhqir üçün işlədilməyib: "Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O mənim doğmamdır, burada qeyri-etik nə söz var ki? O mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib". 

Qeyd edək ki, müğənni ATV-də yayımlanan "Şou ATV” verilişində bu sözləri işlədib.

Video Qafqazinfo saytına məxsusdur.

VİDEO BURADA​​​

Paylaş: