"Tək"in nümayişində "İt ürəyi"
Tarix: 18-06-2019, 15:16



Gənc teatr sənətçiləri tərəfindən yaradılmış “TƏK (TeatrƏdəbiyyatKino)” Yaradıcılıq Platforması ilk tamaşasını təqdim edəcək.
Open.az xəbər verir ki, iyunun 19-da gənclərin teatr platfotmasının hazırladığı “İt ürəyi” tamaşası Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində nümayiş olunacaq.
Mixail Bulqakovun eyni adlı povesti əsasında qurulmuş tamaşanın rejissoru Asiman Ağa Rövşən, Platformanın bədii rəhbəri teatrşünas Dağlar Yusifdir. Tamaşada Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə çıxış edəcək.


Tək

Paylaş: