“O çətinlikləri bir də görmək istəmirəm...”
Tarix: 18-06-2019, 09:46



Dünən Əməkdar artist Elnarə Abdullayevanın doğum günü idi. 

Ə.Abdullayeva Moderator.az-a açıqlamasında doğum günündə ən xoş arzularını dilə gətirib:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə ailəmlə birlikdə sadə şəkildə qeyd edirəm. Təmtəraqlı doğum günü keçirməyi xoşlamıram. Doğum günümdə arzum odur ki, Allah dövlətimizə, millətimizə dəyməsin. Əziz olan Allah pis gün göstərməsin, o çətinlikləri bir də görməyək. O gün qismət olsun ki, işğal altındakı torpaqlarımız azad edilsin və ölənlərin də ruhu şad olsun. İstəyimiz odur ki, dünyamızda əminamanlıq olsun. Allah bütün balaları xoşbəxt eləsin. İnsanlarımızın cibləri dolu, günləri xoş, canları da sağ olsun. Bundan başqa nə arzum ola bilər ki?”.

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayeva 1972-ci il iyunun 17-də Qobustanın Çuxanlı kəndində kaslb ailədə dünyaya göz açıb. Daha sonra mərhum Xalq artisti Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənib. 

Paylaş: