“Həyat yoldaşım deyir ki, yekə arvadsan, 4 uşaq anasısan”
Tarix: 17-06-2019, 12:35

lady gaga

Müğənni Elnarə Xəlilova musiqisi və sözləri repçi ProMeteyə (Pərviz İsaqov ) aid olan “Sonuncu zəng” mahnısına çəkilmiş yeni klipini təqdim edib.
 
Primetime.az xəbər verir ki, rejissorluğunu Nail Naiboğlu etdiyi klip müğənninin öz ideyası əsasında lentə alınıb. Ümumilikdə, ekran işində 40 nəfərlik heyət çalışıb. Sənətçi mahnının ProMetenin arzusu ilə yazıldığını bildirib:
 
“Tamaşaçıları təəccübləndirmək kimi fikrim olmasa da, sevinirəm ki, klip çox rəngarəng və zəngin alınıb. Mahnını ProMete bir il əvvəl təqdim edib. Müəyyən səbəblərdən dolayı bir il gecikdi. Düşündüm ki, yay üçün uğurlu mahnıdır və çıxartmağın əsl vaxtıdır. Studiyada onu ifa edəndə onun üzünü görməsəm də, səsindən necə uşaq kimi sevindiyini eşidirdim. “Köhnə Elnarə qayıtdı” deyə qışqırırdı. Bir nəsil var ki, məni əvvəlki kimi görmək istəyir və dəyişməyimi qəbul edə bilmir”.
 
Sözügedən klipi üçün hörüklü saç stili ilə qarşımıza çıxan müğənni həyat yoldaşının bu imicinə münasibəti haqqında danışıb:
 
“Həyat yoldaşım məni bütün şıltaqlıqlarımla qəbul edir. Bilir ki, ağlıma nə düşdüsə, edəcəm. Odur ki, dözür və bu məqamda ancaq dəstək olmağa çalışır. Həyat yoldaşım bəzən də deyir ki, yekə arvadsan, 4 uşaq anasısan. Nə edim, publika tələb edir. Çalışıram ki, qızıl ortanı tapım. Əslində, çox təhlükəli və qorxuludur, həm də böyük cəsarət tələb edir. Obraz yapışmaya bilər. Çünki 40 yaşında 20 yaşlı qızcığazın obrazını canlandırırsan. Gülməli görünə və tamaşaçılar bəyənməyə bilər. Hər halda reaksiyalardan görürəm ki, əziyyətimizə dəyər”.




 

Paylaş: