"Nura Suri, məndən nə istəyirsən?" - Nadir əsəbiləşdi
Tarix: 17-06-2019, 12:12



"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva olub.

BiG.AZ-ın məlumatına görə, Nadir haqqında deyilən "Qaşlarını alır" sözlərinə münasibət bildirib.

"Yazanda, qaşını alır, elə bil nəslimi söyürlər. Mənim qaşlarım anadangəlmə belədir" deyə, sənətçi bildirib.

Qafarzadə daha sonra "Sosial şəbəkədə ən çox kim status yazır: Nura Suri, yoxsa Nadir" sualına belə cavab verib:

"Nura Suri mənə sataşır. Məndən nə istəyirsən? Hərdən görürsən ki, ona aid olmayan məsələlərə müdaxilə edir. Sənin nə işinə qalıb? Belədə ki, et, sənə olar".



Paylaş: