"10 uşaq da doğmaq istəyirəm" - Oksana
Tarix: 15-06-2019, 12:41



Oksana, bundan sonra övlad istəyirsən?

UlduzumSan.Az milli.az-a istinadən xəbər verir ki, Tarix Əliyev (Tolik) bu sualla rəqqasə-aktrisa Oksana Rəsulovaya müraciət edib.

Oksananın cavabı hər kəsi məəttəl qoyub:

"Mən birinci övladdan sonra 10 uşaq da istəyirəm (gülür). Vallah, mən çox istəyirəm. İnandırım ki sizi, səhhətim və imkanım buna izn versə, istəyirəm. Övlad hissi o qədər gözəl hissdir". 

Qeyd edək ki, Oksana Rəsulovanın Osman adlı 10 aylıq oğlan övladı var.

Paylaş: