""Son zəng"ə həmişə həsrətlə baxmışam..."
Tarix: 15-06-2019, 11:10



"Kaş ki, mən də "Son zəng" keçirərdim"

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. E.Seyidcahan hələ də o günə həsrət çəkdiyini bildirib:

""Son zəng" də olmamışam, çünki səkkizinci sinifdən Soltan Hacıbəyov adına orta ixtisas musiqi texnikumuna daxil olmuşam. Amma "Son zəng"ə həmişə həsrətlə baxmışam. Demişəm ki, kaş mən də "Son zəng" keçirərdim. Texnikumdan sonra konservatoriyada musiqi təhsili almışam".

Paylaş: