Səhhəti pisləşən xalq artisti Türkiyədən qayıda bilmir
Tarix: 6-09-2017, 15:36


Türkiyədə müalicə alan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində ciddi dəyişiklik yoxdur.
Bunu AzVision.az-a aktyorun qızı Xədicə Əzizbəyli bildirib. Onun sözlərinə görə, atası səhhətindəki problemlə əlaqədar vətənə qayıda bilmir. 

“Atamın müalicəsi Türkiyədə davam etdirilir. Ancaq hansısa irəliləyiş yoxdur. Buna görə də vətənə gətirə bilmirik. Gözləyirik ki, müalicə öz təsirini versin, normal yerisin, normal danışa bilsin. 
Atamın nə zaman geri qayadacağını bilmirik. Hər şey onun səhhətindən asılıdır. Orqanizmi müalicəyə nə zaman cavab verəcəksə, o zaman geri dönəcək”.

Qeyd edək ki, Ramiz Əzizbəyli uzun müddətdir ki, iflic xəstəliyindən əziyyət çəkir.Yerişində, əl –ayaq hərəkətlərində bununla bağlı problemlər var.

Paylaş: