Ajda Pekkan 8 milyonluq villasını sata bilmir - "Ev muzeyə dönüb"
Tarix: 14-06-2019, 13:01



Türkiyənin meqastarı Ajda Pekkan öz villasını iki ildir sata bilmir.
Open.az xəbər verir ki, ifaçının 1000 kvadrat metrlik villasının qiyməti isə 8 milyon 700 min dollardır.
Ajda hovuzlu villasının qiymətinə müştəriləri üçün 200 min dollar da endirim edib.
İki ildir satıla bilməyən villası haqda ifaçı paylaşım edib: "Hər kəs gəlib baxır, amma almır. Ev muzeyə dönüb. Hər həftə onlarla insan baxmaq üçün gəlir. Onların çoxu məni sevənlərdir”.

Paylaş: