Amaliya Pənahovanın xatirəsi yad olunacaq - İyunun 15-də doğum günü olacaqdı...
Tarix: 14-06-2019, 12:14



Sabah Azərbaycanın xalq artisti, görkəmli teaatr və kino xadimi, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, mərhum sənətkar Amaliya Pənahovanın doğum günüdür.
Open.az xəbər verir ki, 74 yaşı tamam olacaq sənətkarın xatirəsini bu gün axşam Dövlət Film Fondunda yad edəcəklər.
Tədbirdə Amaliya Pənahovanın ailə üzvləri, doğmaları, Bakı Bələdiyyə Teatrının aktyorları iştirak edəcək, Amaliya Pənahova haqqında ürək sözlərini, xatirələrini bölüşəcəklər.
Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub.
Ömrünün yarım əsrdən çoxunu səhnədə keçirən sənətkar biri-birindən maraqlı, yaddaqalan, çətin taleli və mürəkkəb xarakterli qadın obrazları yaradıb.
Onkoloji xəstəlikdən əziyyət çəkən Amaliya Pənahova 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib.
Sabah isə, oynadığı bütün qadın obrazlarını özündə birləşdirən Amaliya Pənahovanın dünyaya gəldiyi gün olacaq.
Sənətkarlar obrazlarının ömrünü yaşayaraq, əbədiləşirlər. İyunun 15-də dünyaya gələcək əbədi Amaliya Pənahova kimi...
Ruhu şad olsun!

Paylaş: