"Üzeyir Mehdizadəni də tanıyıram, Türkiyədə onu çox bəyənirlər"
Tarix: 14-06-2019, 11:49



Türkiyədə yaşayan və fəaliyyət göstərən Günel Zeynalova ötən gün “5-də 5” proqramında qonaq olub.  “Qafqazinfo” xəbər verir ki, sənətçi canlı efirdə Azərbaycanda populyar olan musiqi janlarından danışıb:
“Bizim musiqi hara gedir? Azərbaycanın çox gözəl mahnıları var. “Qıjı” demək istəmirəm, zövqsüz və səviyyəsiz musiqilər səsləndirilir. Bir çox insanlar həmin musiqini dinləyir, rəqs edir və sevir”.
Daha sonra aparıcı Zaur Kamal bayağı kimi qələmə verilən ifaçıların adlarını sadalayıb.  Günel arada Damlanı dinlədiyini, Talıb Taleni isə tanımadığını bildirib:
“Köhnə müğənniləri dinləyirəm. Mən heç kim haqqında pis danışmaram. Damlanın mahnılarına radiolarda rast gəlmişəm. Üzeyir Mehdizadəni də tanıyıram, Türkiyədə onu çox bəyənirlər. Amma Talıb Taleni tanımıram”.

Paylaş: