Demet bu dəfə də Bakıya gələ bilmədi
Tarix: 14-06-2019, 11:13

Demet bu dÉfÉ dÉ Bakıya gÉlÉ bilmÉdi

Türkiyənin məşhur pop ulduzu Demet Akalının Bakı konserti növbəti dəfə ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, sənətçinin DJ əri Okan Kurtla “Elektra Events Hall”da baş tutacaq gecəsi təxirə düşüb. 
Əldə etdiyimiz məlumata görə, bu, Demetin istəyi ilə reallaşıb. Belə ki, Akalın yerli təşkilatçılarla danışaraq tədbirin gələn ay keçirilməsini istəyib. Biletlər isə növbəti ay üçün nəzərdə tutulan konsert üçün keçərli olacaq. Maraqlısı odur ki, musiqili gecə təxirə düşsə də,  biletlər hələ də “İticket” onlayn portalında satışdadır.
Təşkilatçılar konsertin ləğvi ilə bağlı faktı “Qafqazinfo”ya təsdiq ediblər. 
Bu məqamda bildirək ki, bu tədbir Demetin Azərbaycanda üçüncü ləğv olunan konsertidir. Belə ki, əvvəlcə sənətçinin Bakı Konres Mərkəzindəki, daha sonra sözügedən klubdakı çıxışı təxirə düşmüşdü.

Paylaş: