“İstər sülh, istərsə də müharibə yoluyla biz torpaqlarımızı işğaldan azad edəcəyik...”
Tarix: 14-06-2019, 09:10




“Biz müharibə şəraitində yaşayırıq və istəsək də, istəməsək də şəhidlərimiz olur”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib. G.Əliyeva bir şəhid ailəsi olaraq həmişə şəhidlərimizin ailələrinin yanında olacağını bildirib:

“Hər zaman şəhidlərimizlə bağlı tədbirlərdə iştirak edirəm və bundan sonra da şəhid ailələrimizin yanında olacam. Mən tərəfdən bir sənət adamı, bir vətəndaş olaraq nə dəstək lazımdırsa, onlara diqqət və qayğı göstərməyə hazıram. Biz müharibə şəraitində yaşayırıq və istəsək də, istəməsək də şəhidlərimiz olur. Oğullar isə vətəni qorumaq üçündür. Bu gün hansı şəraitdə şəhid olmasından asılı olmayaraq önəmli olan odur ki, onlar vətənin azadlığı uğrunda şəhid olurlar. Nə qədər Qarabağ savaşı bitməyib şəhidlərimiz olacaq. Amma inanıram ki, o gün gələcək ki, Ali Baş Komandanımız tərəfindən torpaqlarımız işğaldan azad ediləcək və bunlara son qoyulacaq. İstər sülh, istərsə də müharibə yoluyla biz torpaqlarımızı işğaldan azad edəcəyik”.


Paylaş: