Restoranlarda havaya atılan partlayıcılarla bağlı tarzəndən təklif gəldi - "Ləğv olunmalıdır"
Tarix: 13-06-2019, 12:36



Restoranlarda keçirilən toy şənliklərində istifadə olunan partlayıcılar ləğv olunmalıdır.
AzNews.az xəbər verir ki, bu təklifə tarzən Xumay Qədimova çıxış edib. O, bunun səbəbini həmin restoranların yaxınlığında yaşayan sakinlərin mənzillərində narahat olması ilə əlaqələndirib:
“Restoranlarda ad günlərindən sonra havaya atılan salyutlar, xüsusi möhkəm səs küyə səbəb olan partlayıcılar ləğv olunmalıdır. Çünki bu ətrafda yaşayış yerləri üçün yolverilməzdir. Həm də restoranda digər insanların narahatlığına səbəb olacaq amildir. Körpəsi var, qocası var”.

Paylaş: