"Sizi sevməyənləri yandırıb, ürəkləri partladın"
Tarix: 13-06-2019, 12:32



Aparıcı Aytən Səfərova görünüşü ilə bağlı sosial şəbəkədə yıxıb-sürüyənlərə cavab verib. 
UlduzumSan.Az-ın məlumaına görə, aparıcı həmin kəslərə bu sözləri deyib: "Vücudumla, görünüşümlə, hər şeyimlə fəxr edirəm! Çalışın standart olmayasınız. Kiməsə izn verməyin sizə ağıl öyrətsin. Özünü dəyərdən salmağa, “dəyər”lər reytinqinə salmağa, aşağılamağa icazə verməyin. Həmin an cavabını verib, yerinə oturdun. Necə varsınız, onunla da fəxr edin. Siz yeksiniz! Belə də sevib-sevilirsinizsə, sevginiz qarşılıqlıdırsa, fəxr edin. Diskrimaniyaya baş qaldıran kimi vurun, oturdun. Əgər sizə ağız-burun əyirlərsə, bilin ki, yandıransınız. Gülümsəyin və bununla fəxr edin. Budur Aytən Səfərova! Kompleksli olmayın. Sizi kompleksə salmaq istəyənləri özünüz ağzılarını qıfıllayın. Sevənlərinizin gözlərini qamaşdırıb, ürəkdən sevindirin, sevməyənləri isə yandırıb, ürəklərini partladın”.

Paylaş: