Ləman Ələşrəfqızı Murad Köhnəqaladan yazdı, Azadə Balayeva etiraz etdi
Tarix: 13-06-2019, 12:07

LÉman ÆlÉÅrÉfqızı Murad KöhnÉqaladan yazdı, AzadÉ Balayeva etiraz etdi

Əməkdar jurnalist Ləman Ələşrəfqızı tanınmış şair Murad Köhnəqalanın həbs edilməsinə münasibət bildirib.
 "Ölkə.Az-ın məlumatına görə, həmkarımız bu barədə sosial şəbəkədə yazdığı statusda
"Murad Köhnəqala "Facebook"da mənimlə bağlı geniş müzakirə açanda ona acımışdım. İndi lap çox acıyıram. Allah qapısını açsın.  Aliment verə bilməyən kişi ikinci dəfə niyə evlənir ki? Ritorik suala oxşadısa, bağışlayın" yazıb.
Ələşrəfqızının statusuna telejurnalist Azadə Balayeva etiraz edib. Balayeva bildirib ki, evlənmək hər kəsin haqqıdır. O, Ələşrəfqızına iradını belə tamamlayıb: "Bu arada, kinliliyi sənə yaraşdırmadım. Bəzən susmaq həqiqətən qızıldır".
Qeyd edək ki, M.Köhnəqala Tovuz Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib. Keçmiş həyat yoldaşının iddiasına görə, Köhnəqala 12 min manatlıq aliment borcunu ödəməyib. 






Paylaş: