Aysel də “Jara”da iştirak edəcək
Tarix: 13-06-2019, 11:50



2019-cu ildə “Jara” festivalında çıxış edən daha bir azərbaycanlı məşhurun adı bəlli olub. 
UlduzumSan.Az-ın məlumatına görə, səhnəyə çıxanlar sırasında 2018-ci ildə Azərbaycanı “Eurovision”da təmsil edən Aysel Məmmədova da var.
O, 28 iyulda səhnə alacaq.
Qeyd edək ki, bu il festivalda Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal, Çingiz Mustafayev də çıxış edəcək.



Paylaş: