Tamaşaçı tualetə çıxdığına görə məşhur müğənni konserti dayandırdı
Tarix: 13-06-2019, 10:04



Məşhur Kanada müğənnisi Selin Dion konsert zamanı onun pərəstişkarlarından biri tualetə çıxdığına görə çıxışını dayandırıb.

Moderator.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Celin Dion oxuyur, rəqs edirdi və birdən gördü ki, kişi oturduğu yerdən narahat şəkildə qalxdı və konsert salonunu tərk etdi. Məşhur müğənni anlayıb ki, tamaşaçı təbii ehtiyacını ödəməyə məcbur qaldığı üçün çıxmalı olub və müğənni adam geri dönənə kimi konserti dayandırıb.

Müğənni zarafat edib ki, adama yazığı gəlir, axı birinci cərgədə oturan adam, adətən böyük məbləğdə pul ödəyir. 

Xatırladaq ki, 1988-ci ildə Dion İsveçrəni "Eurovision" da təmsil etmişdi. Müğənninin mahnısı müsabiqə tarixində ən yaxşı ifa kimi qəbul olunmuşdu. Geniş kütlə müğənnini "Titanik" filmində oxuduğu mahnı ilə tanıyıb.

Paylaş: