Aysel Əlizadə ad günü etdi, anası isə...
Tarix: 13-06-2019, 09:43



Müğənni Aysel Əlizadə ötən gün özünə ad günü edib. Lent.az -ın məlumatına görə, ifaçı paytaxt məkanlarının birində qeyd etdiyi doğum gününə şou-biznesdə olan yaxın dostlarını çağırıb. Onlar arasında ekstrasens Bayram Nurludan tutmuş stilist Rəşad Əliyevə qədər məşhurlar olub. Qonaqlar gecə saatlarına qədər rəqs ediblər.
Müğənninin özəl günündə anası səhnəyə dəvət olunub. Valideyn qızı ilə bağlı arzularını dilə gətirib: “Qızıma ilk növbədə can sağlığı arzu edirəm. Subaylara və qızıma da arzum odur ki, toylarında iştirak edək. Toy qisməti olsun”.

Qeyd edək ki, Aysel özəl günündə 2 libas dəyişib.






Paylaş: