Videoblogerlər üz-üzə gəldi: "Problem onun özündədir"
Tarix: 12-06-2019, 16:51

VideoblogerlÉr üz-üzÉ gÉldi:

Almaniyada mühacir həyatı yaşayan videobloger Tural Sadıqlı sosial şəbəkədəki paylaşımında ölkədəki videoblogerlər barədə danışıb. Tural videoblogerlərin işini bayağı adlandırıb, onların gənclərin maariflənməsinin qarşısını aldığını dilə gətirib.
Məsələylə bağlı tanınmış bloger Hüseyn Əzizoğlu Open.az-a açıqlama verib:
"Bizim fəaliyyətimiz yalnız ölkədə deyil. Amerikada, Türkiyədə, Avropada da fəaliyyətimizdən xəbərdardılar. Azərbaycanla yanaşı dünyada da bu sahə çox geniş yayılıb. Kimsə xaricdə oturub, bizim işimizi gənclərin beynini pozmaq kimi qələmə verirsə, o adam problemi özündə axtarsın. Ölkədəki videoblogerlər arasında gəncləri maarifləndirənlər də az deyil. Hərəmiz bir sahəni götürüb, bu üzrə işləyirik. Bizim işimizin altında böyük sosial ismarışlar var. Bir də ki, o normal adam olsa idi, gəlib üzümə bu sözləri deyərdi. Görünür, xaricdə oturub danışmaq daha rahatdır".
Bir neçə gün öncə "Zəhər Tuluğu 3" videoblogu ilə müzakirələrə səbəb olan aktyor Taleh Yüzbəyov isə məsələyə başqa tərzdə yanaşıb:
"Onun videosunu izləməmişəm.Mən dəqiq deyə bilmərəm ki, o məni nəzərdə tutub ya yox. Hər adama cavab vermək məcburiyyətimiz yoxdur. Kimsə belə fikirləşə bilər. Qoy, o özü üçün danışsın. Məsələn mən gənclərə ziyan vermək üçün çalışmıram".

Paylaş: