"Qardaşım şəkərdi, təzyiqi var, balaları hər gün kağız göndərir ki, dərmanları al"
Tarix: 12-06-2019, 16:47



"Səhər-səhər" verilişində ritmik mahnı oxuyan Əməkdar artist Mətanət İsgəndərliyə aparıcı Elgiz Əkbər irad bildirib
Elgiz bildirib ki, efirdə ritmiq mahnının səslənməsini xoşlamır. "Verilişdə belə oxyanda, toyxanaya oxşayır" sözlərinə müğənni əsəbiləşib:
"Bir nəsli saxlayıram. Toya getməsəm haradan qazanım? Pul tökür, mahnı aranjiman etdirirəm. Toya getməsəm, atamın dərmanlarını ala bilmərəm. Qardaşım şəkərdi, təzyiqi var, balaları hər gün kağız göndərir ki, dərmanları al. Hardan alım? 500-dən çox mahnım var. Var-dövləti altıma yığmamışam, hamısını mahnıya vermişəm. Boğazımdan kəsir, mahnıya verirəm".
pia.az

Paylaş: