Mir Şahin və Rauf Arifoğlu AzTV-də
Tarix: 12-06-2019, 16:25



Aparıcılar Rüfət Həmzəyev və Türkay Verdiyevanın təqdimatında bu axşam saat 21:30-da efirə gedəcək "Əsas məsələ" tok-şousunda "Ulu Öndər Heydər Əliyev və media" mövzusu müzakirə olunacaq.
Kult.az xəbər verir ki, verilişin qonaqları Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, "Yeni Musavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Real TV-nin Baş direktoru Mir Şahin Ağayev və siyasi şərhçi Tofiq Abbasovdur.
Qonaqlar dövrün ictimai-siyasi proseslərini, eləcə də ulu öndər Heydər Əliyevin KİV-ə, media nümayəndələrinə münasibəti və mətbuatla əməkdaşlığı barədə fikirlərini bölüşəcəklər.





Paylaş: