Pavarottinin həyatı film olacaq
Tarix: 12-06-2019, 15:24



Opera sənətinin əfsanəvi ifaçısı Luçiano Pavarottinin həyat və yaradıcılığını əks etdirən sənədli film çəkiləcək.
Yenicag.az xəbər verir ki, “Pavarotti” adlı film oskarlı rejissor Ron Hovard tərəfindən ekranlaşdırılacaq.
Sənətçinin həyat və yaradıcılığı fərqli tərzdə nümayiş olunacaq. Belə ki, ekran işində reportajlar, sənətçinin ailə arxivləri, heç yerdə yayımlanmayan görüntüləri və özəl həyatı ilə bağlı gizlinlər yer alacaq.
Qeyd edək ki, Ron Hovard “Da Vinçi Şifrəsi”, “Ağıl oyunları”, “Han Solo” kimi məşhur filmlərin rejissorudur.

Paylaş: