"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi
Tarix: 12-06-2019, 11:49



Amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib.
Trend-in məlumatına görə, bu barədə onun həyat yoldaşı Helen MakMullan açıqlama verib.
Aktyor 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, C.MakMullan 1992-ci ildə “Santa Barbara” teleserialında çəkilib. Bundan başqa, o, “Malibu xilasediciləri”, “Dallas” seriallarında, “Ostin Pauers” və “Sürətli eniş” filmlərində çəkilib.

Paylaş: