“Hamıya sevgidolu, isti və həzz alacağı gecə arzulayıram” – Çimnaz
Tarix: 12-06-2019, 11:39



“Ətrafda nə qədər çirkab, dedi-qodu, intriqa, paxıllıq və qəddarlıq var. Amma bütün bunlar məni sadəcə, əyləndirir”.
 
Primetime.az xəbər verir ki, bu sözləri aktrisa Çimnaz Sultanova deyib. Son zamanlar  geyindiyi dekolteli libaslar ilə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan sənətçi yazılan şərhlərə əhəmiyyət vermədiyini bildirib:
 
“Yaxşı insan olmağa, özünüzü sevməyə, həyatdan zövq almağa çalışın. Həyatın hər dəqiqəsindən zövq almağa çalışın. Özünüzü sevin və onunla məşğul olun. Onda həyat sizə də gözəl olacaq. Hamıya sevgi ilə dolu, isti və həzz alacağı gecə arzulayıram”.

Paylaş: