"Həkim dedi ki, bundan utanma" - Aygün Kazımova
Tarix: 12-06-2019, 11:00



"İçimdə hələ də o uşaqlığı qoruyub saxlamışam. Yaşamağa, çalışmağa kömək olur. Həkim də demişdi ki, Aygün xanım, bu hərəkətinizdən nə utanın, nə də əl çəkin".

BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Müğənni bildirib ki, pərəstişkarları arasında müsabiqə elan edib və həyəcanla nəticəni gözləyir:

"Kim necə bacarırsa, əlindən gələni edir. Hamısını dinləyirəm. Bir-birindən gözəl ifalardır. Sevindirici məqam odur ki, bunu xalq ifa edir. Mən də əlimdən gələn qədər köməklik edirəm".

Qeyd edək ki, Kazımova fanatları arasında karaoke müsabiqəsi elan edib.

Paylaş: