Naomi Kempbelin 67 yaşlı anası bikini reklamına çəkildi
Tarix: 12-06-2019, 10:39

Naomi Kempbelin 67 yaÅlı anası bikini reklamına çÉkildi

49 yaşlı Naomi Kempbell bu günə qədər də dünya podiumlarının sevilən simasıdır.
“Ölkə.Az” xəbər verir ki, Naominin 67 yaşlı anası qızından geri qalmır. Valeri-Morris-Kempbell məşhur bir brendin reklamına çəkilib. O, bikinini reklam edib.
Valeri özü bu barədə deyib:
“Hazırda həyatımda elə dövrdür ki, istədiyim işlə məşğul olmalıyam və özümü düşünməliyəm. Bu məni ruhlandırır. 67 yaşda kupalnikdə foto çəkdirməyə necə yanaşıram? Niyə də yox? Qocalmaq o demək deyil ki, çimərlikdə və ya istirahətdə özünü gizlətməlisən. Mənim üçün bu rahatlıqdır”.
Qeyd edək ki, Naomi bir neçə dəfə anası ilə birlikdə podium çıxıb.






Ölkə.Az

Paylaş: