“Mahnımı bu cür oxumaqla onlar bunu yaşadırlar, gənclərə sevdirirlər...”
Tarix: 11-06-2019, 09:25



Daim Xalq artisti Niyaməddin Musayevin ifasında dinlədiyimiz “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısının rok ifaçıları tərəfindən səsləndirilməsi maraqla qarşılanıb. 

Xalq artisti Niyaməddin Musayev Moderator.az-a açıqlamasında bildirib ki, o, mahnının gənclər tərəfindən rok janrında oxunmasını alqışla qarşılayıb:

“Gənclərimiz məni də konsertlərinə dəvət edib nəğməmi oxudular. Bu çox xoşuma gəldi. Onlar da gəncdilər və gənclərə dəstək olmaq lazımdır. Dünyanın bir çox ölkələrində rok ifa edirlər. “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısı klassik janrda öz sözünü demiş bir nəğmədir, amma bunun gənclər tərəfindən bu formatda oxunması müsbətdir. Onlar bununla bağlı məndən xahiş etdilər və mən də onların sözünü yerə salmadım. Mahnımı bu cür oxumaqla onlar bunu yaşadırlar, gənclərə sevdirirlər. 

Sözləri Xalq şairi Məmməd Araza məxsus olan “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısının musiqisi isə bildiyiniz kimi mənə məxsusdur. Bunu 1986-cı ildə bəstələmişəm”. 

Paylaş: