“İnsan zəhmətlə də olsa həmişə çalışır ki, arzularına çatsın...”
Tarix: 11-06-2019, 09:23



“Televiziyalar doğum günümlə bağlı xüsusi veriliş hazırlamaq istəsələr də mən bunu qəbul etmədim, çünki təntənəli doğum günü keçirməyi xoşlamıram”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova doğum günü haqda danışarkən deyib. G.Məmmədova bildirib ki, nə vaxtsa qismət olarsa yubileyini təntənəli şəkildə qeyd edəcək:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü sadə şəkildə ailəmlə qeyd edirəm. Təbii ki, gələcəkdə həyata keçməsini arzuladığım arzular var. Amma əsas cansağlığıdır. Cansağlığı olsun ki, arzularımıza qovuşa bilək. İnsan zəhmətlə də olsa həmişə çalışır ki, arzularına çatsın. Bu gün televiziyalarımız məni verilişə dəvət etdilər və buna xüsusi vaxt ayırmaq istəyirdilər, amma istəmədim. Çünki illərdir doğum günümü sadə şəkildə qeyd edirəm. Bir dəfə “Space”də xahiş edib ad günümü keçirdilər. Ola bilsin ki, yubiley filan olsa, onu qeyd edərik”. 

Paylaş: