Nicat Fərəcov Türkiyənin məşhur simasından təklif aldı
Tarix: 10-06-2019, 08:24



Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyədə filmə çəkilmək təklifi alıb. Türkiyənin tanınmış kino rejissoru  Nicatın instaqramında bir neçə videosunu izləyib və onun səhnə performansını bəyənib.

Bu haqda isə UlduzumSan.Az-a  idmançının meneceri  məlumat verib. Menecerin sözlərinə görə, Nicat Türk kino ulduzları ilə birlikdə filmə çəkilə bilər: "Təklifi dəyərləndirmək üçün avqust ayına kimi vaxtımız var. 
O zamana qədər müqavilənin şərtləri ilə tanış olub, qərar verməliyik".

Paylaş: