Xalq artistinin nəvəsinin qorxu filmi kimi cinayəti - marixuana, rəngli kapsullar və qətl...
Tarix: 8-06-2019, 10:02



Bakı Ağır Cinayətlər Məhkəməsində “Buta Palace”ın art-direktoru həyat yoldaşını balkondan yerə ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Yada salaq ki, hadisə ötən il dekabrın 11-nə keçən gecə saat 3 radələrində baş verib.
Ramiz Taxvelinin avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürülüb. Tibbi müayinə zamanı onda  THC marixuana və BAR (barbiturat) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.
Virtualaz.org-un xəbərinə görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs  məhkəmə zalına əlil arabasında gətirilib və şüşə kabinaya  salınmayıb. Proses boyunca rabitəsiz nitqlər söyləyən R.Taxveli gah hakimə “ay sudya” deyə müraciət edib, gah da konvoya “belimi qaşıyın, ay brat” deyib.


Ramiz Taxveli ile ilgili görsel sonucu


Təqsirləndirilən şəxsin müdafiəçisi R.Taxveli barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsini istəyib.
Hakim vəsatəti baxılmamış saxlayıb. Dövlət ittihamçısının, hüquq müdafiəçisinin və digər proses iştirakçılarının çıxışlarını diqqətlə dinləyən R.Taxveli vəsatətin təmin edilmədiyini görüncə isə bu dəfə günahsız olduğunu, həyat yoldaşını öldürmədiyini bildirərək ağlamağa, hönkürməyə başlayıb.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, R. Taxveli ilk qızı Aliyanin epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq onunla mübahisə edib. Sonuncu dəfə ötən ilin 9-da axşam saat 22 radələrində narkotik vasitə qəbul edib, Adelyanı yuxudan oyadaraq onu döyüb, işgəncə verib, saçından tutub sürüyərək otaqları gəzdirib.
Daha sonra uşaqların yatdığı otağa aparıb , arvadını onlarla vidalaşmağa məcbur edib. Yataqda olan xəstə qızı Aliyanı götürərək uşağı yerə çırpıb, bu cür yuxudan oyadıb. Epilepsiya xəstəsi olan uşaq başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R. Taxveli övladlarının göz yaşlarına əhəmiyyət verməyib. O, Adelyanı sürüyərək eyvana çıxarıb. Eyvanda qadının ayaqlarından tutaraq yuxarı qaldırıb və aşağı atıb.
R.Taxveli ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib, ittihamı şər və böhtan adlandırıb: “Mən onu qətlə yetirməmişəm. Biz bir-birimizi dəlicəsinə sevmişik. İlk övladımız xəstə doğuldu, beyin xəstəliyi vardı. Dəfələrlə Türkiyədə, İsraildə öz hesabımıza müalicə etdirmişdik. İkinci qızımız sağlam doğuldu”.


Ä°lgili resim


Hakimin “Bəs hadisənin baş verməsinə nə səbəb olub” sualına təqsirləndirilən şəxs “Heç nə xatırlamıram” cavabı verib.
İfadəsinin  davamında hərdən narkotik vasitələrdən istifadə etdiyini gizlətməyib. Amma maşından aşkarlanan narkotik vasitənin ona aid olmadığını deyib: "Hərdən marixuana çəkirdim. Maşından tapılanını isə kimin olduğunu bilmirəm, mənim ola bilməzdi. Xəstə qızımı yerə vurmağım isə mümkün deyil. Belə bir şey ola bilməz".
Vəkilin “Nədə ittiham olunduğunu bilirsənmi ”sualına isə R.Taxveli  “Arvadımın ölümündə ittiham olunuram, amma bu, mümkün deyil” deyə cavab verib.
Prosesdə mərhumun anası Samirə Süleymanova da ifadə verib.  Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən gecə kürəkəni “WhatsApp”da ona qan tökülən barmaq şəkli göndərib: “Dedi ki, işçimizi gətirmək istəyirəm. Mən həkim işləyirəm. Sonra yazdı ki, sizin evdə özümü şübhəli aparmışam, kimisə incitməmişəm? Yazdım ki, yox. O da mənə ”öldürə bilmirəm də" yazdı. Yazdım ki, kimi, məni? Mənə cavab yazdı ki, hə, amma Aliyaya yazığım gəlir. Sonra yolka şəkli atdı. İki-üç dəfə təkrar-təkrar “bu gecə  rahat yat” yazdı. Şübhələndim, qızıma zəng vurdum. Axırıncı oldu qızımla danışmağım. Dedi ki, uşaqların yanında yatmışam. Ramizin mənə yazdıqlarını qızıma dedim. Dedi ki, fikir vermə, yat, deyib sağollaşdı".
S.Süleymanova ertəsi gün səhər tezdən bacısının və qohumlarının onlara gəldiklərini deyib: “Səhər saat 8-də bacım zəng vurdu ki, qapını aç. Qapını açanda gördüm yaxın qohumlarım pilləkənlərdə dayanıb. Mənə dedilər ki, Adelya yıxılıb. Qızımın ölməyi heç ağlıma da gəlməzdi”.
Məhkəmə prosesi iyunun 14-də davam edəcək.


Ramiz Taxveli narkotik ile ilgili görsel sonucu


Musavat.com xatırladır ki, Taxveli Ramiz “Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.
Musavat.com-un məlumatına görə, 1994-cü ildə vəfat edən G.Məmmədovun yeganə qızının adı Gülarədir.  2002-ci ildə “Azərbaycantelefilm”in G.Məmmədov haqqında çəkdiyi filmdə mərhum mügənninin həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə və hadisəni törədən Ramiz də iştirak edib.
Qətlə yetirilən Adelya isə 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barədə qeydlər edirmiş və şeirlər yazırmış.
Qeyd edək  ki, barbituratlar tibdə  yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.
Kannabis isə marixuananın beynəlxalq adıdir. “Marixuana” sözü ilk dəfə olaraq Meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi “uçuran vasitə”yə hər ikisinin adlarını birləşdirərək marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalıb.
Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.
Marixuananın ən fəal inqrediyenti THK-dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Qeyd edək ki, Rusiya və Azərbaycanda marixuana uzun müddət anaşa adlandırılırdı.
Marixuananın istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Marixuana istifadəçidə paranoya yarada bilir. Paranoya isə həddindən artıq narahatlıq və ya qorxu ilə xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır.

Paylaş: