Səhnədə yıxılan Şəbnəm: "Ayaqdayam"
Tarix: 7-06-2019, 16:15



Müğənni Şəbnəm Qəhrəmanova mahnısını ifa edib bitirdikdən sonra səhnədən enməyə çalışıb. UlduzumSan.Az-nın məlumatına görə, həmin an ifaçının başına bədbəxt hadisə gəlib. Belə ki, o səhnədən enmək istəyərkən ayağı burxularaq yerə yıxılıb.
Başına xoşagəlməz hadisə gələn sənətçi hazırda yaxşı olduğunu deyib: "Bildiyiniz kimi bir neçə gün bundan öncə səhnədən enmək istəyərkən ayağım burxularaq, yıxılmışdım. Hazırda şükür ki, ayağımda heç bir problem yoxdur və ayaqdayam. Həyatda heç kim heç nədən sığortalanmayıb. Həmin an yanımda olan hər kəsə sonsuz təşəkkür edirəm. O, hadisəyə görə sevinən insanlara da xüsusi olaraq çox sağ ol deyirəm. Məni yanıltmadınız".



Paylaş: