"Elə sənətçilər var ki, 60 yaşı var və yenə də oxuya bilmirlər"
Tarix: 6-06-2019, 12:56



Müğənni Niyam Salami ilə həmkarı Vüqar Muradov arasında qalmaqal baş verib.
AzNews.az xəbər verir ki, Vüqar Muradov "Səhər-səhər" verilişində həmkarının ünvanına tənqidedici sözlər deyib: "
"Yeni ulduz"da iştirak edən ifaçılar böyük məktəb görənlərdir. Niyamın açıqlamasından sonra onunla İnstagramda danışdım. Niyam dedi ki, "Yeni ulduz" iştirakçılarına yaş baxımından çör-çöp deyib. Sosial şəbəkələrdə bir insan Vüqar haqqında pis söz yazmadı, hamı Niyamı yıxıb-sürüdü. Pedaqoqam və Niyam istəyirsə, ona özü kimi oxumağı öyrədim, Bülənd Ərsoy kimi yox. İfaçılıq yaşla bağlı deyil. Elə sənətçilər var ki, 60 yaşı var və yenə də oxuya bilmirlər. Estradanın qaymaqları müsabiqələrdən və "Yeni ulduz"dan çıxanlardır. Bizi xalq və münsiflər seçib. Norveç, İsveç, Fransa və Belçikada konsert vermişəm, Azərbaycan bayrağını göyə qaldırmışam. Biləcəridən bu tərəfdə ağzıma gələni danışmamışam".
Niyam Salami isə müğənniyə cavabında "Mən kiməm ki, kimisə əzim. Niyam türk mahnısı oxuyur deyə daş-qalaq etmək olmaz. Türk mahnılarının ən çətin janrını ifa etmişəm. Səs tembrim budur və necə dəyişə bilərəm" sözlərini deyib.
Qeyd edək ki, bir neçə gün öncə Niyam Salami "Yeni ulduz" iştirakçılarını çör-çöp adlandırmışdı.

Paylaş: