"İstanbula getdiyim günün səhəri günü Xalq artisti adına layiq görüldüm, ona görə də..."
Tarix: 4-06-2019, 08:47



Ölkə başçısının təltif etdiyi mədəniyyət xadimləri arasında İlqar Muradov da var. Xəbər verdiyimiz kimi Əməkdar artist İlqar Muradov ölkə başçısı tərəfindən Xalq artisti fəxri adına layiq görülüb. Bir neçə müddətdir ki, İ.Muradovla əlaqə saxlamaq istəsək də, baş tutmamışdı, amma nəhayət ki, bu gün danışa bildik:

İ.Muradov Moderator.az açıqlamasında bildirdi ki, o, son günlər İstanbulda səfərdə olub və ona görə də telefon zənglərinə cavab verə bilməyib. Qaldı ki, Xalq artisti fəxri adına layiq görülməsinə görə başda ölkə başçısı olmaqla, hamıya təşəkkür etdi:

“İnanın ki, İstanbuldaydım və ona görə əlaqə saxlaya bilmirdim. İstanbula getdiyim günün səhəri günü ölkə başçısı tərəfindən Xalq artisti fəxri adına layiq görüldüm. Doğrusu, bu mənim üçün gözlənilməz oldu. Amma qaldı ki, təqdimat sentyabrda verilmişdi. Buna görə ancaq sevinmək olar. Ölkə başçısı mənə 2006-cı ildə Əməkdar artist fəxri adı və mənzil də verib. Bu dəfə də Xalq artisti fəxri adına layiq görülməyim sevindirici oldu. Dünyanın heç bir yerində mədəniyyət xadimlərinə bu qədər diqqət və qayğı yoxdur. Buna görə ölkə başçısı başda olmaqla, hamıya təşəkkür edirəm. Xalqın artisti olmaq, xalqın sevgisin qazanmaq çox gözəl hissdir”. 

Paylaş: