Oksana oğlundan danışdı: "Mənə bir qram da oxşamır, atası kimidir"
Tarix: 3-06-2019, 12:57



Rəqqasə və aktrisa Oksana Rəsulova ARB telekanalının "Söhbət Var" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, Oksana verilişdə həyat yoldaşı və oğlu Osmandan söz açıb.
Rəqqasə oğlunun atasına oxşadığını və çox sakit olduğunu bildirib: "Bir qram da mənə oxşamır. Nə üzdən, nə də xasiyyətdən. Eyni ilə atası kimidir. Mənim uşaqlığımdan fərqli olaraq çox sakitdir. İndi dişləri çıxır deyə arada nadinclik edir. Osman adını çox sevdiyim üçün həyat yoldaşıma bunu təklif etdim. Həm islamla bağlı olduğu üçün, həm də tarixi bir şəxs olduğu üçün Osman adına simpatiyam var".

Paylaş: