Məşhur model estetik əməliyyat etdirən qadınlardan danışdı
Tarix: 31-05-2019, 12:58



Türkiyədə yaşayan serbiyalı məşhur model İvana Sert qadınları əsəbiləşdirəcək açıqlama verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İvana Sert estetik əməliyyat etdirməyi barədə suallara “Heç bir estetik əməliyyat etdirməmişəm. Bu haqda 50 yaşımdan sonra düşünəcəm” cavabını verib.
Model daha sonra “Estetik əməliyyat etdirən qadınların hamısı bir-birinə oxşayır. Elə bil bir-birlərinin kopyalarıdırlar. Qadının ən gözəl halı təbii halıdır, hər birimizdə qüsurlar var, amma bu, bizi daha da cazibədar edir” deyib.

Paylaş: