Nigar Camal üç dəqiqə üçün 45 min xərclədi
Tarix: 31-05-2019, 08:38



Müğənni Nigar Camal "Я в твоем плену" adlı mahnısına klip çəkdirib.

UlduzumSan.Az xəbər verir ki, 
sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa aid mahnını ukraynalı rejissor Aleks Lamahın ekranlaşdığı klipdə Nigarı rəqqaslar müşayiət edib.

İfaçının klipi onun rəsmi Youtube kanalında yayımlanıb. Nigar klipdə olduqca seksual obraz canlandırıb.
Qeyd edək ki, üç dəqiqəlik klip Nigar Camala 45 min manata başa gəlib.

Xatırladaq ki, Nigar Camal bundan öncə "Get həyatımdan" adlı klipdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə rol almış və böyük səs-küyə səbəb olmuşdu.

 

Paylaş: