Ülviyyə Rəhmanova stadionda bu komandaya azarkeşlik etdi
Tarix: 30-05-2019, 10:14



Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova ötən gün Bakı Olimpiya Stadionunda baş tutan futbola azarkeşlik edib.
AzNews.az xəbər verir ki, o, İnstagramda foto paylaşaraq “Arsenal” şərhini yazıb.
Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyununda iki ingilis klubu qarşılaşıb. "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə darmadağın edərək kuboku başı üzərinə qaldırıb.

Paylaş: