"Sabah mənə də deyə bilərlər ki, müsabiqəyə gəlməyin məsləhət deyil, burda nə var ki?
Tarix: 30-05-2019, 09:17



Xalq artisti Canəli Əkbərovun Yeddinci Televiziya Muğam Müsabiqəsiylə bağlı həmkarlarını ittiham etməsindən sonra qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. 

Xalq artisti Arif Babayev Moderator.az-a açıqlamasında C.Əkbərovun onlardan incik düşməsinin səbəbini bilmədiyini dedi:

“Bu haqda vallah heç bir şey bilmirəm. Onun xətirini istəyirlər, müəllimdi, dərslərini deyir. Bu gün ona hər şey verilib. Sabah mənə də deyə bilərlər ki, “Arif, müsabiqəyə gəlmə!”. Bundan inciməli deyiləm ki, deməli, məsləhət deyil. Burda nə var ki? Amma səmimiyyətimiz də var, hər şey yaxşıdır. Canəli müəllim belə deyirsə, düz demir. Hansı tələblərinin ona düşmən gözüylə baxdığını özü açıqlasın”. 

Səsləndirilən ittihamlarla bağlı xaql artisti Mənsub İbrahimovun da fikirini öyrənməyə çalışdıq. M.İbrahimov saytımıza açıqlamasında aralarında sərinlik olduğu üçün məsələyə münasibət bildirmək istəmədiyini bildirdi. 

Araşdırmamız nəticəsində məlum oldu ki, C.Əkbərov hər iki həmkarıyla küsülüdür. Hələ ötən il xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Onlar Canəli Əkbərovun münsif olacağı təqdirdə, müsabiqədə iştirakdan imtina edəcəklərini deyiblər. Bu sözlərdən sonra tərəflər arasında qarşıdurma yaranıb. 

Paylaş: