“Mənə düşmən gözüylə baxırlar, onların gözündə qızıl ilanam...” - İTTİHAM
Tarix: 30-05-2019, 09:16



Yeddinci Televiziya Muğam Müsabiqəsi artıq yekunlaşmaq üzrədir. Amma nədənsə konsertdə muğam ustadı, xalq artisti Canəli Əkbərov görünmür. Məsələylə bağlı C.Əkbərovla əlaqə saxlayıb bunu səbəbini soruşduq.

C.Əkbərov Moderator.az-a açıqlamasında bir vaxt tələbələri olan ifaçıların indi ona düşmən gözüylə baxdığını dedi. O, bildirdi ki, buna görə nə müsabiqəni izləyir, nə də orda iştirak edir:

“Yeddinci Televiziya Muğam Müsabiqəsini izləmirəm və bunun da səbəblərini orda olan muğam ifaçıları yaxşı bilirlər. Mən oralıq deyiləm. Müsabiqədə görünməməyim, konsertlərdə iştirak etməməyim, yəqin ki, sizin də nəzərinizdən qaçmayıb. Doğrusunu bilmək istəyirsinizsə, onlar mənə düşmən gözüylə baxırlar. Amma hansı ki, çoxları tələbələrim olublar. Onların gözündə qızıl ilanam”. 

Paylaş: