Mən “Qarabağ” azarkeşiyəm
Tarix: 29-05-2019, 17:08



“Arsenal”- “Çelsi” oyunu Azərbaycan üçün xeyirli olacaq”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, sevilən muğam ifaçısı Mənsum İbrahimov deyib.
Xanəndə Azərbaycanın tanınması baxımından Avropa Liqasının final oyununun Bakıda keçirilməsini böyük bir layihə hesab etdiyini vurğulayıb:
“Bu gün Azərbaycana böyük insan axını var. Həm idmançılar, həm onların azarkeşləri, həm də həmin ölkələrin jurnalistləri artıq Bakıdadır. Azərbaycan böyük bir mərkəzə çevirilib. Maraqlı layihələrə imza atır, mədəniyyət tədbirləri, idman yarışları kimi mərasimlərə ev sahibliyi edir. Azərbaycanın inkişafı baxımından belə tədbirlərin keçirilməsi çox önəmlidir. Bunu yüksək qiymətləndirirəm. Əlbəttə ki, Azərbaycan inkişaf edən bir ölkə olmasaydı, bu kimi tədbirlər yəqin ki, burada keçirilməzdi. Azərbaycanda belə tədbirlərin baş tutması, qonaqların qarşılanması üçün hər cür şərait var”.
Mənsum İbrahimov deyib ki, o, axşam keçirilən “Arsenal”- Çelsi” oyununu canlı izləyə bilməyəcək:
“Bu oyunu oğlum dayısı ilə birlikdə canlı izləyəcək. Mən isə “Qarabağ” azarkeşiyəm, onun bütün oyunlarını canlı izləyirəm”.

Paylaş: