İstəyirəm “Arsenal” udsun, orda türk əsilli Mesut Özil var - Rasim Balayev
Tarix: 29-05-2019, 15:30



“Bu gün bütün dünyanın gözü Azərbaycanda olacaq”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Rasim Balayev Bakıda keçiriləcək “Arsenal”- “Çelsi” qarşılaşmasından danışarkən deyib.
O, qeyd edib ki, bu oyundan sonra Azərbaycanı bütün dünya tanıyacaq:
“Bu oyun Azərbaycan üçün xeyirli işlər vəd edir. Bu da iqtisadi baxımdan bizim üçün sərfəlidir. “Arsenal”-“Çelsi” oyununu canlı izləyə bilməyəcəm. Ayaq altında qalıb əzilərəm. Odur ki, oyunu evdən izləyəcəm”.
Rasim Balayev final oyununda “Arsenal” futbol komandasının qalib gəlməsini istəyir: “İstəyirəm “Arsenal” udsun, orda türk əsilli Mesut Özil var”.

Paylaş: