"Bunlar adamı öldürmək istəyirlər" — Rasim Balayev jurnalistlərə ƏSƏBLƏŞDİ
Tarix: 29-05-2019, 13:24




Xalq artisti Rasim Balayev ayağının sınması barədə yayılan xəbərlərə əsəbləşib.
Sənətkar "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, belə məsələlərin xəbərə çevrilməsinin əleyhinədir:
"Ay dədə vay... Bunlar adamı öldürmək istəyirlər. Nə olub e? Adam yıxılar da. Deyəsən yazmağa şey tapmırlar e. İstəyirlər ki, adamın ölümünü də birinci xəbər versinlər. Saytlarının oxunmağ üçün belə şeyləri xəbərə çevirirlər".
Sənətkar bildirib ki, ayağı sınmayıb, sadəcə, burxulub:
"Ayağım evdə xalçaya ilişdi. Getdim rentgenə, dedilər ki, çıxıq yoxdur, burxulub. İndi maz sürtürəm.   Onsuz da ayağımda problem var, normal addım ata bilmirəm, bəzən sol ayağımı sürüyürəm. Ayağımı sürüyəndə baş barmağım xalçanın qırağına ilişdi, yıxıldım". 

Paylaş: