Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik
Tarix: 29-05-2019, 12:21



28 May Respublika Günü Xəzər televiziyasında yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5/5" verilişində Azərbaycanın dövlət bayrağı tərsinə asılıb.

UlduzumSan.Az sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda jurnalist Həbibə Abdulla şəxsi Feysbuk hesabında fotoları paylaşıb.

Jurnalist fotoları şərh edərək, status yazıb.

Sözügedən statusu olduğu kimi təqdim edirik:

""Xəzər" TV-də "5-də 5" verilişidi. Elə indicə çəkdim... Etməyin belə, lütfən!!! Heç olmasa bu gün.

P.S. Yaşıl rəng qarşıdan baxanda solda olmalıdır. Bu bayraq ümumiyyətlə tərs üzdən asılıb. Ay-ulduza diqqət edin. Təsəvvür edin, bu bayrağı dalğalandırmaq istəsək ay-ulduzun ağzı haea baxacaq, rənglər necə duracaq".



Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik - Fotolar
Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik - Fotolar
Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik - Fotolar

Paylaş: