Aydan da AzTV-də işə başladı
Tarix: 29-05-2019, 11:14



Aparıcı Aydan Axundova AzTV-də işə başlayıb.

BiG.AZ-ın məlumatına görə, o, "Deyirlər ki..." adlı verilişə aparıcılıq edəcək. Artıq proqramın ilk çəkilişi baş tutub.

Aydanın ilk qonaqları arasında Əməkdar artist Röya Ayxan, müğənni Ayaz Qasımov yer alıb.

Qeyd edək ki, Aydan uzun illər ATV-də çalışıb. O, daha sonra aparıcılıqdan uzaqlaşıb. Ötən il isə Aydan "Xəzər" kanalında aparıcılığa başlamışdı.

Aydan da AzTV-də işə başladı

Paylaş: