“Taxt oyunları”nın aktyoru xəstəxanaya yerləşdirildi
Tarix: 29-05-2019, 10:39



“Game of Thrones” (Taxt oyunları) serialının ulduzu Kit Harington finaldan sonra Konnektikutda reabilitasiya mərkəzinə yerləşdirilib.
 
Primetime.az xəbər verir ki, 32 yaşlı britaniyalı aktyorun stres və alkoqol istifadəsi səbəbi ilə müalicə aldığı bildirilib. Verilən məlumata görə, aktyor psixoloq nərazəti altında koqnitiv-davranış terapiyası və meditasiya ilə məşğuldur. Qeyd edilib ki, müalicələrin aylıq xərci isə 120 min dollardan çoxdur.
 
Haringtonun aktrisa həyat yoldaşı 32 yaşlı Roz Lesli də onunla birlikdədir. Aktyorun yaxın ətrafının sözlərinə görə, serialın bitməsi Haringtona pis təsir edib.

Paylaş: